Araz Imanov, Rəşad Həşimov, Teymur Süleymanbəyli - Sən Yox, Mən İdim текст песни
Sən getdin... Mən pəncərədən durub sənə baxırdım
Səni hələ görə-görə səninçün darıxırdım
Öpüşünün yeri hələ istiydi dodağımda
Mənsə sənsiz darıxırdım pəncərə qabağında
Sən döngəni burulanda ürəyim lap sıxıldı
Elə bildim, bircə anda pəncərədən yıxıldım
Yox, mən ki öz yerimdəydim, o yıxılan nəydi bəs?
Bu ömürdən birdəfəlik o yox olan nəydi bəs?
O yox olan ömrümüzün bu günü, saatıydı
Bu günün rəngi, qoxusu, bu günün öz dadıydı
Sən gedirdin təzə-təzə görüşlər ümidində
Mən bilirdim həmişəlik ayrılırıq bu gündən
Mən bilirdim; bu gün axşam məni səfər gözləyir
Başı üstdə ulduz yanan bir yad şəhər gözləyir
Ömrün təzə səhifəsi açılırdı qabaqda
Amma sənə bircə sətir yer yoxdu o varaqda...
Sən mənimçün daha ötmüş, bitmiş bir dünən idin
Sən gedirdin… Bilmirdin heç, gedən sən yox, mən idim

Другие треки Araz Imanov, Rəşad Həşimov, Teymur Süleymanbəyli
Похожие песни
Комментарии (0)